Qəzza zolağında gözünü qırpmadan dinc sakinləri hədəfə alan İsrail bu dəfə məktəbi bombalayıb. Qəzza zolağında fələstinlilərin sığındığı Safad məktəbinə hava hücumu təşkil edilib. Hücum nəticəsində 11 mülki vətəndaş həyatını itiribİsrailin Qəzzaya hücumlarının birinci ilinə yaxınlaşdığı bir vaxtda İsrail yenidən mülki insanları hədəfə alıb. Günahsız insanların yaşadığı məktəbi hədəfə alan İsrail qüvvələri Səfad məktəbinə bomba atıb.
11 FƏLƏSTİNLİ HƏYATINI İTİRİB
Qəzza şəhərinin Əl-Zeytun məhəlləsindəki Safad məktəbinə hava hücumu nəticəsində 11 fələstinli həyatını itirib.
İsrail, çoxlu sayda fələstinlinin yaralandığı məktəbin “Həmas tərəfindən komanda və nəzarət mərkəzi” kimi istifadə edildiyini iddia edib.
Hadisə şahidləri bombardmanın şiddətindən insanların havaya atıldığını və cəsədlərin parça-parça olduğunu bildiriblər.
İsrail ordusunun bir neçə gündür davam edən qurudan və havadan hücumları nəticəsində Zeytun bölgəsinə böyük ziyan dəydiyi bildirilir.
Mənbə: TGRT