21 C
Baku
11 İyun 2025, 2:03
Dünya

İsrail yenə vətəndaşları hədəf aldı! Məktəbə hücum nəticəsində 15 nəfər ölüb 

Qəzza zolağında gözünü qırpmadan dinc sakinləri hədəfə alan İsrail bu dəfə məktəbi bombalayıb.

HƏMAS-ın fələstinlilərin sığındığı əz-Zəhra və Əbdülfəttah Hamud məktəblərinə sığındığını iddia edən İsrail hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin Qəzzaya hücumlarının birinci ilinə yaxınlaşarkən, İsrail yenidən mülki insanları hədəfə alıb. Günahsız insanların məskunlaşdığı məktəbi hədəf alan İsrail qüvvələri Əl-Zəhra və Əbdülfəttah Hamud məktəblərini bombalayıb. Hücum zamanı aralarında uşaqların da olduğu 15 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

 Məktəblərə edilən hücumlara görə məsuliyyəti İsrail ordusu öz üzərinə götürüb. Məktəblərin HƏMAS tərəfindən istifadə edildiyini iddia edən İsrail, “Hücumdan əvvəl mülki şəxslərə dəyən zərəri azaltmaq üçün dəqiq döyüş sursatı, müşahidə və əlavə kəşfiyyat da daxil olmaqla bir çox addım atıldı. Məktəb şəhərcikləri Həmas tərəfindən komanda-nəzarət mərkəzi olaraq istifadə edildi. Buradan İsrail əsgərlərinə və İsrail dövlətinə hücum etdilər.” “Onlar hücumlar planlaşdırır və həyata keçirirdilər.”

Bütün bunlar baş verərkən İsraillə Livan arasında qarşılıqlı atışma olub. İsrailin vurduğu nöqtələrdən tüstü qalxarkən, Livanın dəstəklədiyi Hizbullah cavab verdi.

İhlas Xəbər Agentliyinin müxbiri Refik Fidanın verdiyi məlumata görə, İsrailin hücumlarına Livanın dəstəklədiyi Hizbullahdan sürətli cavab gəlib. Hizbullah qruplaşması İsrailə ardıcıl raket zərbələri endirib. Gün ərzində davam edən bombardmanlar artdıqca bölgədə həyəcan elan edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatdı

Teymur Əziz

11 şəhərdə 18 ayrı meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir

Bugün TV

Güclü yağışlar nəticəsində 6 nəfər öldü

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu