7 C
Baku
23 Dekabr 2024, 12:14
Baş xəbərDünya

İsrail yenidən Dəməşqi vurdu: Çoxlu ölü və yaralı var!

Fələstin və Livandan sonra İsrail Suriyada da hücumlarını artırıb. İsrail ordusunun Dəməşqə hava hücumu nəticəsində azı 15 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib…

İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava hücumunda çox sayda ölən və yaralananın olduğu bildirilib. Dəməşqin Mazzeh və Qudsaya hava hücumu həyata keçirib.

EN AZ 15 ÖLÜ VAR!

Hücum nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb. İsrail ordusu hücumun Fələstin İslami Cihad təşkilatına aid bir çox bina və komanda mərkəzlərinin hədəf alındığını iddia edib.

Suriya Müdafiə Nazirliyi hücumu İsrailin işğal etdiyi Colan təpələrindən həyata keçirdiyini açıqlayıb.

Yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail paytaxt Dəməşqin Mezze və Qadsaya məhəllələrində mülki yaşayış məntəqələrinə hava hücumu həyata keçirib. Hava hücumlarında iki bina hədəfə alınıb. Suriya xəbər agentliyi SANA-da yer alan xəbərdə, “İsrail iki binaya hava hücumu təşkil etdi, ilkin təsbitlərə görə bir neçə mülki vətəndaş ölüb və yaralanıb” ifadəsi işlədilib.

Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib. Noyabrın 11-də Humusun cənubundakı Şinşar kəndinə hava hücumu təşkil edən İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Sabah Yenikapı-Hacıosman Metro Xəttində əlavə səfərlər ediləcək

Bugün TV

Qida fabrikində yanğın baş verdi

Bugün TV

Suriya sərhədində 2 terrorçu yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu