13 C
Baku
23 Mart 2026, 14:46
Baş xəbərMədəniyyət

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Leyla Valayeva, Channel 13, Reshet 13, Azərbaycan İsrail dostluğu, azərbaycanəsilli müğənni, ivrit dilində mahnı, Azİz Dostluq Cəmiyyəti, Azərbaycan musiqisi

Bugun.Tv– xəbər verir ki, İsraildə yaşayan soydaşımız, azərbaycanəsilli gənc müğənni Leyla Valayeva İsrailin aparıcı telekanallarından biri olan Channel 13 (Reshet 13) kanalının səhər proqramında qonaq olub.

Verilişdə Leyla Valayevanın Azərbaycan və İsrail mədəniyyətlərini musiqi vasitəsilə birləşdirən yaradıcılığı xüsusi diqqət mərkəzində olub. Müğənni İsraildə doğulduğunu, lakin ailəsində Azərbaycan dili və musiqisi ilə böyüdüyünü, uşaqlıqdan həm Azərbaycan, həm də ivrit dilində mahnılar dinlədiyini bildirib.

Proqram zamanı Leyla Valayeva Azərbaycan Televiziyasında ivrit dilində ifa etdiyi “Koren Alalin” mahnısından da bəhs edib. Onun sözlərinə görə, həmin ifa Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Müğənni Azərbaycan dilində ifasını daha da təkmilləşdirmək üçün musiqi müəllimi Fəridə Mirişova ilə çalışdığını və hazırda Azərbaycan–İsrail dostluğuna həsr olunmuş yeni mahnı üzərində işlədiklərini qeyd edib.

Leyla Valayeva həmçinin İsraildə fəaliyyət göstərən “Azİz” Dostluq Cəmiyyətinin layihə və festivallarında iştirak etdiyini, müxtəlif tədbirlərdə çıxış etdiyini bildirib. O, yaxın zamanda yenidən Azərbaycana səfər edəcəyini və yeni musiqi layihələrini təqdim etməyi planlaşdırdığını vurğulayıb.

Proqramın sonunda müğənni Azərbaycan–İsrail dostluğuna həsr olunmuş mahnını canlı ifa edib və çıxışı alqışlarla qarşılanıb.

Leyla Valayeva, Channel 13, Reshet 13, Azərbaycan İsrail dostluğu, azərbaycanəsilli müğənni, ivrit dilində mahnı, Azİz Dostluq Cəmiyyəti, Azərbaycan musiqisi
Müğənni, soydaşımız Leyla Valayeva 
Müğənni, soydaşımız, Channel 13, Reshet 13, Azərbaycan İsrail dostluğu, azərbaycanəsilli müğənni, ivrit dilində mahnı, Azİz Dostluq Cəmiyyəti, Azərbaycan musiqisi
İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxışı
Leyla Valayeva, Channel 13, Reshet 13, Azərbaycan İsrail dostluğu, azərbaycanəsilli müğənni, ivrit dilində mahnı, Azİz Dostluq Cəmiyyəti, Azərbaycan musiqisi
İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxışı
Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ və İsrail İranda xüsusi əməliyyatlar həyata keçirir

Aynur Camal

“Sosial media gənclərin dəyərlərinə təsir edir”

Aynur Camal

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu