35 C
Baku
20 İyul 2025, 12:06
Baş xəbərSiyasət

İsraildəki ABŞ vətəndaşları gəmi ilə Hayfadan təxliyə edilir

Bugun.tv xəbər verir ki, Fələstinli qruplarla toqquşmalar və Livan sərhədində gərginliyin artması səbəbindən ABŞ vətəndaşları və onların İsraildəki birinci dərəcəli qohumları gəmi ilə ölkədən çıxarılır. ABŞ-ın İsraildəki səfirliyi “TRT Haber”ə  ABŞ vətəndaşlarının və onların İsraildəki birinci dərəcəli qohumlarının bu gün gəmi ilə Hayfa limanından təxliyyə ediləcəyini açıqlayıb.

Bu elandan sonra çoxlu ABŞ vətəndaşı səhər tezdən Hayfa limanına gəlib. Təxliyə üçün qeydiyyatdan keçən ABŞ vətəndaşları və onların birinci dərəcəli qohumları limanın qarşısında növbələr yaradıblar. Adları siyahıda olanlar səfirlik əməkdaşları tərəfindən şəxsiyyəti və pasport nəzarətindən sonra limana aparılıb.Zaman-zaman adları siyahıda olmadığı üçün limana buraxılmayanlarla səfirlik işçiləri arasında gərginlik yaranıb.

Səfirlik rəsmiləri təxliyyənin təfərrüatları barədə məlumat verməsələr də, bölgədəki mənbələr təxliyyə gözləyən gəminin 2500 nəfər tutumunun olduğunu və 2 mindən çox adamın təxliyə üçün qeydiyyatdan keçdiyini bildirib. Mənbələr qeyd edib ki, siyahıda kiminsə adı varsa, amma görünmürsə, qeydiyyatdan keçməyənlər də gəmiyə götürüləcək.

Prosedurlar tamamlandıqdan sonra ABŞ vətəndaşlarını daşıyan gəmi Hayfa limanından Cənubi Kiprin Yunan Administrasiyasına doğru yola düşəcək.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib

Teymur Əziz

Avtomobili qaçırıb sonra yandırdı  

Kəmalə Sultan

Ağdamda iki nəfər minaya düşərək həlak olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu