9 C
Baku
26 Dekabr 2024, 21:28
Dünya

İsrailin baş naziri Netanyahu ABŞ-a yeni səfir təyin etdi

İsrailin baş naziri Binyamin Netanyahu bundan əvvəl işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərdən ələ keçirilən torpaqların “meri” vəzifəsini icra edən Yechiel Leiter-i ölkəsinin Vaşinqtondakı səfirliyinə təyin edib. Baş nazirliyin mətbuat xidmətindən verilən yazılı açıqlamada Netanyahunun Leiteri İsrailin Vaşinqtondakı yeni səfiri təyin etdiyi bildirilib.

Açıqlamada Leiterin ABŞ-da doğulduğu və oğlu Moşe Yedidya Leiterin 10 noyabr 2023-cü ildə Qəzza zolağının şimalında baş verən qarşıdurmalarda öldüyü bildirilib.

Leiterin Vaşinqtonda vəzifəsinə Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra başlayacağı gözlənilir.

Digər tərəfdən, Jerusalem Post qəzetində çıxan xəbərdə Leiterin daha əvvəl İordan çayının qərb sahilinin Hebron bölgəsində fələstinlilərdən ələ keçirilən torpaqların bələdiyyə sədri vəzifəsində çalışdığı bildirilib.

Bundan əlavə, İsrailin ABŞ-dakı yeni səfirinin İordan çayının qərb sahilində israillilər tərəfindən ələ keçirilən Fələstin torpaqlarında fəaliyyət göstərən “Yesha Council” adlı təşkilatda çalışdığı qeyd edilib.

“Jewish Inseder” xəbər saytının məlumatına görə, Leiter hazırda qəsb edilmiş Fələstin torpaqlarında yaşayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Blinken: Əsəd rejimi siyasi prosesləri rədd edərək öz məhvinə gətirib çıxardı

Aynur Camal

WSJ: Rusiya Müdafiə Nazirliyi yeni səfərbərlik dalğası elan etməsi üçün Putinə təzyiq edir

Aynur Camal

Suriya Milli Ordusundan PKK/YPG-yə qarşı əməliyyat: Azadlıq Şəfəqi! Çoxlu müxalif öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu