Baş xəbərDünya

İsrailin Baş Qərargah rəisi Halevi İrandan açıqlama verdi

İsrail Baş Qərargah rəisi Herzi Halevi iddia edib ki, Təl-Əviv onun hücumuna cavab verərsə, İranda “vurmadıqları yerləri hədəfə alacaqlar”. İsrail Baş Qərargah rəisi Herzi Halevi Ramon Hava Bazasında gündəmlə bağlı açıqlamalar verib.

“YENƏ İRANI HƏDƏF EDƏ BİLƏRİK”

İsrail ordusundan verilən açıqlamaya görə Halevi, Tehranın oktyabrın 26-da hücuma cavab verəcəyi təqdirdə İsrailin yenidən İranı hədəfə ala biləcəyini bildirib.

Halevi Tehranı İsrailin hücumuna cavab verməməsi ilə bağlı “xəbərdar edib”, əks halda İranda “vurmadıqları yerləri hədəfə alacaqlarını” iddia edib.

İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq, oktyabrın 26-da İrandakı hərbi məntəqələri hədəf aldığını və hücumun uğurla başa çatdığını açıqlayıb.

İran Tehran və ölkənin qərbindəki Xuzistan və İlam əyalətlərindəki bəzi hərbi məntəqələrin hədəf alındığını və onların hava hücumundan müdafiə sistemlərinin hücumlara müvəffəqiyyətlə müqavimət göstərdiyini, lakin bəzi nöqtələrdə məhdud ziyan meydana gəldiyini açıqlamışdı.

Hücumlarda 4 əsgər və 1 mülki vətəndaşın həyatını itirdiyi açıqlanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu