17 C
Baku
18 Oktyabr 2024, 5:52
Baş xəbərDünya

İsrail Dəməşqə hava hücumu təşkil etdi

Bugun.tv xəbər verir ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib.

Suriyadakı SANA xəbər agentliyi hərbi mənbəyə əsaslanaraq, Dəməşq ətrafındakı bəzi məntəqələrin İsrail qüvvələrinin hava hücumları ilə hədəf alındığını iddia edib.

Xəbərdə “Havadan müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayaraq bəzilərini vurdu. Hücum nəticəsində ziyan meydana gəldi”- kimi ifadələrdən istifadə edilib.

Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmaları da var.

Xatırladaq ki, İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada zaman-zaman İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tagarev: “Əslində Rusiyanın daha böyük iddiaları var”

Bugün TV

Dünyanın ilk süni intellekt proqram mühəndisi yaradıldı

Teymur Əziz

Nəhəng göy cismi ikinci Yer ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu