19 C
Baku
8 Sentyabr 2024, 3:25
Baş xəbərDünya

İsrailin evlərini tərk etməsini tələb etdiyi Qəzzada yüz minlərlə fələstinli Şifa xəstəxanasına sığınır

Bugun.tv xəbər verir ki, İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında fələstinliləri şəhəri boşaltmağa çağırmasından sonra yüz minlərlə fələstinli Şifa xəstəxanasına sığınmağa başlayıb. Açıqlamada Qəzza sakinlərindən xəritədə göstərildiyi kimi Qəzza vadisinin cənubuna getmələri istənilib. Bu xəbərdarlıqdan sonra yüz minlərlə fələstinli evlərini tərk edərək Şifa Xəstəxanasına sığınmağa və ya xəstəxananın ətrafında çadırlar qurmağa başlayıb.

TRT Haber-in məlumatına görə, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfərin həyatını itirdiyini, 6612 nəfərin isə yaralandığını açıqlayıb. İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 36 fələstinlinin öldüyü, 650 nəfərin yaralandığı da bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yük maşınında 216 kiloqram maye narkotik ələ keçirildi

İntizar Əmirova

Meşələr üçün 400 milyon dollarlıq layihə başladıldı

Aynur Camal

Ağ Evlə Netanyahu arasında “Qəzzada atəşkəs razılaşması” polemması davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu