Dünya

İsrailin hücumuna məruz qalan Qəzzada ölənlərin sayı 39 min 175-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 30 nəfər artaraq 39 min 175-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 293 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 30 fələstinlinin şəhid olduğu, 146 nəfərin yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 min 175-ə, yaralı sayının isə 90 min 403-ə yüksəldiyi açıqlanıb.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dini dəyərləri təhqir edən iki nəfər edam edildi

Aynur Camal

ABŞ və Rusiya arasında yeni danışıqlar

Aynur Camal

İsrail Livana hava hücumu etdi: Razılaşma pozuldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu