Bugun.tv xəbər verir ki, İsrailin Livanın cənub bölgələrində gecə boyu həyata keçirdiyi hücumlarda bəzi mülki vətəndaşların yaralandığı bildirilərkən, İsrail ordusu sızmağa cəhd edən 4 silahlının öldürüldüyünü açıqlayıb.
“TRT Haber”in məlumatına görə,İsrailin Livana hücumu nəticəsində dinc sakinlər yaralanıb. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail gecə boyu Livanın cənubundakı Ed-Duheyra qəsəbəsinə hücumlar, xüsusilə artilleriya atəşi həyata keçirib.
İsrailin Ed-Duheyra qəsəbəsində bəzi evləri hədəf alan birbaşa hava hücumu nəticəsində yaralananların olduğu bildirilib. Yaralıların təcili tibbi yardım maşınları ilə Sur şəhərindəki xəstəxanalara çatdırıldığı qeyd edilib.
NNA-nın hesabatında həmçinin qeyd olunub ki, “hücumlarda yeni inkişaf İsrailin Ed-Duhayra qəsəbəsində mülki şəxslərə qarşı fosfor bombalarının istifadəsidir”. İsrail: Livandan sızmağa cəhd edən 4 nəfər həlak olub
Digər tərəfdən İsrail ordusu da Livan sərhədində gecə boyu baş verən hadisələrlə bağlı açıqlama yayıb. Açıqlamada bir qrupun Livan sərhədində məftilləri keçərək ölkəyə soxularaq bomba yerləşdirməyə cəhd etdiyi və 4 silahlının öldürüldüyü bildirilib.
Müxbir: İntizar Dayandurqızı
