Baş xəbərDünya

İsrailin martın 18-də atəşkəsi pozmasından sonra təşkil edilən hücumlarda 830 fələstinli həyatını itirdi

Martın 18-də atəşkəsi pozduqdan sonra İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda 830 nəfər həyatını itirib, 1787 nəfər isə yaralanıb. Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin hücumlarında son 24 saatda 39 nəfərin həyatını itirdiyi, 124 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya hücumu nəticəsində həyatını itirənlərin sayının 50 min 18213 nəfərə yüksəldiyi bildirilib.

İsrail ordusu atəşkəsi pozduqdan sonra Qəzzaya şiddətli hücumları bərpa edib. İsrail ordusu, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra, martın 18-də səhər saatlarında şiddətli hücumlarını yenidən başladıb. İsrail ordusu hücumlarını bərpa etdikdən sonra 792-dən çox fələstinli, çoxu qadın və uşaq ölüb16 .

Atəşkəsi pozan İsrail, yeni atəşkəs təkliflərini rədd etdiyi səbəbiylə HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkətə keçəcəyini açıqladı.

HƏMAS isə “İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsdə vasitəçilik edən ölkələr qarşısında öhdəliklərini yerinə yetirməyərək Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımını bərpa edib” deyib.

İsrailin Qəzzaya hücumlarını baş nazir Benyamin Netanyahunun daxili kəşfiyyat agentliyinin direktoru Şin-Betin işdən çıxarılması kimi mübahisəli siyasi addımlarının kölgəsində başlatması diqqət çəkir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu