İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırım törətdiyi Qəzza zolağına hücumlarından zərər görən 100 min əsgərin müalicəsinin 2028-ci ilə qədər davam edəcəyi bildirilib. Bu əsgərlərdən təxminən 50 min nəfərinin psixoloji pozğunluqdan əziyyət çəkdiyi bildirilir.
İsrail Hayomun verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Reabilitasiya Departamenti 2028-ci ilə qədər 100.000 yaralı əsgərin müalicə olunacağını, onlardan təxminən 50.000-nin psixoloji sıxıntıdan əziyyət çəkdiyini bildirib. Hesabatda qeyd olunub ki, bu rəqəm “İsrailin müharibə tarixinin ən yüksək göstəricisidir”.
Müdafiə naziri Yisrael Katz və ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, “İsrail ordusunun reabilitasiyaya ehtiyacı olan yaralı xəstələrin müalicəsi ilə məşğul olmaq üçün birgə ictimai komitə yaratdıqlarını” açıqlayıb.
Qəzzaya son hücumlarda yaralanan İsrail ordusu personalının sayının artdığı vurğulanan hesabatda hücumlardan təsirlənən əsgərlərin müalicəsi, reabilitasiyası və sosial inteqrasiyasının izlənəcəyi ifadə edilib.
İsrail ordusunun rəsmi məlumatlarına görə, 7 oktyabr 2023-cü il tarixində Qəzza zolağına hücumlar başlayandan bəri 900 əsgər, o cümlədən oktyabrın 27-də başlayan qurudan hücumlar zamanı 456 əsgər həlak olub. Bu müddət ərzində daha 6218 əsgər, o cümlədən 2888-i quru hücumları zamanı yaralanıb. İsrailli ekspertlər isə iddia edirlər ki, İsrail ordusu Qəzza və Livanın cənubundakı hücumlar zamanı ölən və yaralananların sayını gizlədir.
Mənbə: TgrtHaber