11 C
Baku
15 Aprel 2025, 22:51
Dünya

İsrailin narahatlığı günü-gündən artır! İctimaiyyətə xəbərdarlıq edilib, sığınacaqlar hazırdır

İranın İsrailə qarşı təhdidləri davam edərkən, Təl-Əviv rəhbərliyi ciddi hazırlıq görür. İsrailin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehranın qisas hücumuna qarşı qabaqlayıcı hücum planlaşdırdığı da iddia edilib.

İsrailin Hizbullahı və ya İranı hədəf alacağı məlum deyil.

İranın paytaxtı Tehranda yeni prezident Məsud Pezeşkiyanın təhvil-təslim mərasimində iştirak edən Həmas lideri İsmayıl Haniyənin öldürülməsi və öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran qisas bayraqlarını asıb, İsrail isə mümkün cavab hücumuna hazırlaşır.

MÜHARİBƏDƏ ŞİMAL CƏBBƏSİ AÇILA BİLƏR!

İsrail mediasının məlumatına görə, Təl-Əviv hərtərəfli müharibəyə hazırdır. Hətta İrana və ya Hizbullaha qarşı qabaqlayıcı zərbəyə hazırlaşır. Mako televiziyasında yayılan məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Livanla məhdudlaşmayacaq əməliyyat hazırlayıb. Hazırlanmış ssenarilərə qurudan və dənizdən sızma, həmçinin raket atəşi daxildir.

İsrailin şimal cəbhəsini açmalı olacağı və bunun da müharibədə ciddi dəyişikliyə səbəb olacağı bildirilib.

İran və Hizbullahın cavab hücumuna hazırlaşdığı məlumdur. Hücumun nə vaxt baş verəcəyi ilə bağlı kəşfiyyat məlumatları tez-tez dəyişir. İsrail isə İrandan əvvəl Hizbullahdan cavab hücumu gözləyir.

İSRAİL HÜCUMLARA QARŞI TƏDBİRLƏR ALDI

İsrail hücumlara qarşı yaxından hazırlaşır. Əhaliyə ərzaq və suyu təhlükəsiz otaqlarda saxlamağa çağırıldı. İsraildəki xəstəxanalar tibbi və cərrahi ləvazimat, minlərlə vahid qan, dizel yanacağı və benzin ehtiyatı toplayaraq müharibəyə hazırlaşır. Xəstələrin yeraltı palatalara köçürülməsi gözlənilir və böyük şəhərlərdə axtarış-xilasetmə qrupları yerləşdirilib.

HƏMAS lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.

İran İnqilab Keşikçiləri Korpusu bu gün səhər saatlarında verdiyi açıqlamada Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.

İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.

Mənbə:  TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

İranda etiraz aksiyası dünya gündəmini zəbt etdi

Aynur Camal

İngiltərədən Rusiyanı qəzəbləndirəcək qərar! Ləğv etdilər

Aynur Camal

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu