Bugun.tv xəbər verir ki, baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya Ali Məhkəmənin mübahisəli məhkəmə tənzimləməsində hökumət üzərində nəzarətini azaldacaq qanun layihəsini Baş Assambleyaya təqdim etməyə hazırlaşarkən bütün gün davam etməsi planlaşdırılan etirazlar və vətəndaş itaətsizliyi bütün ölkə boyu başlayıb. Nümayişçilər səhərin ilk saatlarından əllərində İsrail bayraqları ilə paytaxt Təl-Əvivin simvolik nöqtələrindən biri olan Həbimə meydanına toplaşıblar. Bir qrup nümayişçi Ramat Qanda Tel-Əviv Birjasının binasına daxil olaraq, “İqtisadiyyatı xilas et” yazılmış pankart açaraq, eyni yazı olan yüzlərlə saxta əskinasları yerə atıblar. Təl-Əvivdə Müdafiə Nazirliyinin idarələrinin yerləşdiyi “Kiryat” hərbi kompleksinin qarşısına 1000 nəfərə yaxın qrup toplaşaraq insan zənciri yaradıb. Bəzi nümayişçilər əllərini qapıya qandallayıblar. İsrail polisi ətrafda geniş təhlükəsizlik tədbirləri görüb.
TRT Haberin məlumatına görə, bir çox magistral yollarda və xüsusən də nümayişçilərin hər iki istiqamətdə hərəkəti kəsdiyi ölkənin şimalındakı yollarda uzun avtomobil növbələri yaranıb.
Müxbir: Şəms Elnurqızı
