17 C
Baku
10 İyun 2025, 1:49
Baş xəbərDünya

İsrailin paytaxtı Təl-Əvivə pilotsuz təyyarə hücumu: Ölən və yaralananlar var

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində ABŞ səfirliyi yaxınlığında pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində, ABŞ səfirliyinin yaxınlığında gecə saatlarında güclü partlayış olub.

  İsrail fövqəladə hallar xidmətinin Red Star of David tərəfindən verdiyi açıqlamaya görə, 50 yaşlarında bir kişi qəlpə səbəbiylə həyatını itirib. Qəlpə və partlayış nəticəsində ikisi evdə, ikisi küçədə yaralanan 4 nəfərə sağlamlıq qrupları müdaxilə edib.

İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamaya görə, Təl-Əvivdə partlayış “hava elementi” səbəbindən baş verib və xəbərdarlıq sirenləri səslənməyib.

Hücumla bağlı istintaq açıldığı və bölgədə təhlükəsizlik qüvvələrinin çalışdığı bildirilib. İsrail hava qüvvələrinin İsrailin hava məkanını qorumaq üçün patrullarını gücləndirdiyi və ordunun vətəndaşlara təhlükəsizlik xəbərdarlığında heç bir dəyişiklik olmadığı bildirilib.

Digər tərəfdən, Yəməndə İranın dəstəklədiyi husilərin hərbi sözçüsü Yəhya Seri X sosial media hesabından verdiyi açıqlamada Təl-Əvivə hücum olduğunu təsdiqləsə də, təfərrüatları daha sonra açıqlayacaqlarını bildirib.

İsrail mətbuatında partlayışın Tel-Əvivdəki ABŞ səfirliyinin binasının çox yaxınlığında baş verdiyi qeyd edilib.

Paytaxt Təl-Əvivdə baş verən güclü partlayışın səsi və çaxnaşmaya səbəb olduğu anların görüntüləri sosial mediada paylaşılıb.

Yəməndəki husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq şərq pilotsuz təyyarələri və raketləri ilə İsrailə qarşı cavab hücumu həyata keçirdiklərini açıqlayıb və bu hücumların görüntülərini paylaşıblar.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyə və Suriya liderləri görüşə bilərlər

Nigar Məmmədova

Qlobal ərzaq qiymətləri 1,6 faiz artdı

Aynur Camal

Ağ Ev veb-saytın ispandilli versiyasını yığışdırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu