Bugun.tv xəbər verir ki, İsrailin 23 gündür sıx hücuma məruz qaldığı Qəzza zolağında indiyədək 200 mindən çox ev bombalanıb, onlardan 32 mini tamamilə dağıdılıb.
“Anadolu ajans”dan aldığımız məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində tamamilə dağılan evlərin sayı 32 min olub.Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında İsrailin oktyabrın 7-dən bəri intensiv bombardmanlara məruz qaldığı Qəzzada dağıntılar və insan itkiləri ilə bağlı məlumat verib.
Maruf hücumlarda 200 mindən çox evin bombalandığını, 32 mininin isə tamamilə dağıldığını və ya yaşayış üçün yararsız hala düşdüyünü bildirib.
Maruf həmçinin hücumlarda 80 dövlət binasının, 47 məscidin, 3 kilsənin və 203 məktəbin bombalandığını, onlardan 37-nin istismara verildiyini bildirib.
Aparat rəhbəri Maruf hücumlarda 116 tibb işçisi və 18 xilasetmə qrupunun üzvünün həyatını itirdiyi, 12 xəstəxana və 32 sağlamlıq mərkəzinin xidmətdən çıxdığı barədə məlumat paylaşıb.
İnternet xidmətinin və rabitənin kəsildiyi iki gündə İsrailin 60-dan çox qətliam törətdiyini bildirən Maruf, bu qırğınlarda yüzlərlə insanın öldüyünü və yaralandığını bildirib.
“Qəzza bu gün fəlakət zonasıdır”. Maruf deyib və beynəlxalq ictimaiyyəti və təşkilatları üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
21-ci əsrdə bu humanitar Nəkbəyə (böyük fəlakət) beynəlxalq ictimaiyyətin utanc verici münasibətinin tarixə düşəcəyini qeyd edən Maruf, hücumların dayandırılması, humanitar yardımın maneəsiz və nizamlı şəkildə Qəzzəyə daxil olması üçün hərəkətə keçməyə çağırıb.