29 C
Baku
1 İyun 2025, 14:26
Baş xəbərDünya

İsrailin Qəzzaya hücumları nəticəsində ölən jurnalistlərin sayı 18-ə yüksəldi

Bugun.tv xəbər verir ki, Oktyabrın 7-dən İsrailin blokada altındakı Qəzza zolağına etdiyi hücumlarda 18 jurnalist həyatını itirib. Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamaya görə, fələstinli fotojurnalist Rüşdi əl-Sərrac İsrailin hücumları nəticəsində həyatını itirib.

TRT Haber-in məlumatına görə, sərracın həyat yoldaşı Şuruk əl-Ayle verdiyi açıqlamada İsrailin Qəzzanın Tel əl-Heva məhəlləsində həyata keçirdiyi bombalı hücumda ərinin həyatını itirdiyini bildirib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Silahlı qruplar daha sonra buradan İsrail daxilində qeyri-qanuni yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Qəzzadan həyata keçirilən hücumlarda 306-sı əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib. Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 1873-ü uşaq, 1023-ü qadın olmaqla 4 min 651 nəfərin öldüyünü, 14 min 245 nəfərin isə yaralandığını açıqlayıb. İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90 fələstinlinin həlak olduğu bildirilib. Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmada 21 Hizbullah üzvü və biri jurnalist olmaqla 3 mülki şəxs həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Moped oğrusu yaxalandı

Teymur Əziz

İki avtomobil toqquşdu: 2 ölü, 3 yaralı var

İntizar Əmirova

İraqın şimalında 4 terrorçu zərərsizləşdirildi

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu