17 C
Baku
10 İyun 2025, 5:15
Dünya

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 54 mini keçdi

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 79 nəfər artaraq 54 min 56 nəfərə çatıb.Qəzzada soyqırım bitmir…

Bölgədə yaşayan günahsız dinc sakinlər çətin şərtlər altında sağ qalmağa çalışarkən, qatil İsrail ordusu qırğınlar törətməyə davam edir.

Güclü bombardmanların yaşandığı Qəzza zolağında itkilərin sayı günü-gündən artır.

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Qəzzada son 24 saatda xəstəxanalarda 79 nəfərin öldüyü, 163 nəfərin yaralandığı qeyd edilib.

İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 3901 fələstinlinin həyatını itirdiyi, 11088 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 54 min 56 nəfərə, yaralı sayının isə 123 min 129 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Əfsanəvi canavarı tutmaq üçün yola çıxdılar, amma heç vaxt geri qayıtmadılar!

Aynur Camal

Təyyarə havaya qalxdıqdan sonra quşa çırpılaraq alovlandı

Nigar Məmmədova

Qarabağda dislokasiya olunan Rusiya Sülh Qüvvələrinin çıxış prosesi başa çatıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu