7 C
Baku
28 Yanvar 2026, 17:07
Baş xəbərDünya

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 3 min 500-ə yüksəldi

Bugun.tv xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda ən azı 3500 nəfərin öldüyünü, 12 min insanın isə yaralandığını açıqlayıb. Nazirlikdən verilən yazılı açıqlamada İsrailin 7 oktyabrdan etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda itkilərlə bağlı yeni məlumatlar paylaşılıb.

TRT Haber-in məlumatına görə, Açıqlamada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 3500 nəfərin öldüyü, 12 min adamın isə yaralandığı bildirilib. İsrail son 24 saatda Qəzza zolağında 678 fələstinlini qətlə yetirib. Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin 70 faizinin qadın, uşaq və qoca olduğunu bildirib. Səhiyyə Nazirliyi əvvəlki açıqlamasında Qəzzada İsrailin hücumlarında 3 min 478 nəfərin öldüyünü açıqlamışdı.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

ABŞ-ın hərbi gəmi qrupu Orta Şərqə daxil oldu

Aynur Camal

İsrail Qəzzada son girovun cəsədini bərpa etdi — atəşkəsin növbəti mərhələsi

Aynur Camal

Tramp: ABŞ İrana yeni hərbi donanma göndərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu