Dünya

İsrailin Suriyada işğal altındakı bölgələrə ‘turist turu’

Suriyada Bəşər Əsədin devrilməsindən sonra yaranan xaosdan istifadə edərək Suriyanı işğal etməyə başlayan İsrail işğal etdiyi ərazilərə “turistik tur” təşkil edəcəyini açıqlayıb. Turun İsrail vətəndaşlarına yönələcəyi açıqlanıb.

“Həyat Təhrir əş-Şam” təşkilatı hücumlarına başlayan və Bəşər Əsədi devirəndə İsrail ordusu Suriyanı işğal etməyə başlayıb. Suriyadakı daxili qarışıqlıqdan istifadə edən İsrail, Colan təpələri ilə başlayan işğalını günü-gündən genişləndirdi. Sonda o, İsrailin işğal olunmuş ərazilərinə turistik turların təşkil olunacağını açıqlayıb. Haaretz qəzetində dərc olunan xəbərdə Suriya sərhədləri daxilindəki bölgələrdə İsrail ordusunun nəzarəti altında turların təşkil ediləcəyi bildirilib.

Qeyd olunub ki, İsrail vətəndaşları üçün nəzərdə tutulan “turist turları” əvvəllər mülki şəxslərin “nadir hallarda ziyarətinə icazə verilən” əraziləri əhatə edəcək.

Bildirilib ki, tur çərçivəsində İsrail, Livan və Suriya sərhədlərinin qovşağında yerləşən Rukkad vadisi, eləcə də Hermon dağı (Cəbəl əl-Şeyx), Cəbəl əl-Rus və Yərmuk çayı yaxınlığındakı Hicaz dəmir yolu tuneli də ziyarət ediləcək. Xəbərdə həmçinin “İsrail ordusunun nəzarəti altında Suriyada ilk dəfə bu bölgələrə səfərlərin təşkil ediləcəyi” və bu səfərlərin Colan təpələrindəki yaşayış məntəqələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi bildirilib.

İsrail 1967-ci ildən Suriyanın Colan təpələrini işğal edib.İsrail Suriya ərazisini işğal edir və Baas rejiminin süqut etdiyi 8 dekabr 2024-cü ildən bəzi məntəqələrə hava zərbələri endirir.İsrail ordusu aprelin 2-də Həma hava limanı və onun ətraf ərazilərinə 14-dən çox hava hücumu təşkil edib, həmçinin Homs vilayətindəki T4 Hərbi Hava Limanına və paytaxt Dəməşqdəki hərbi infrastruktura hava zərbələri endirib, Dəra əyalətinin qərbinə isə minaatan və artilleriya zərbələri endirib. Suriyanın rəsmi xəbər agentliyi SANA İsrailin Dəraya hücumları nəticəsində 9 mülki vətəndaşın həlak olduğunu və çoxlu sayda insanın yaralandığını bildirib.

İsrail aprelin 3-də də Dəməşqin Kisva məhəlləsini hava hücumu ilə hədəfə alıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ilk “Miss Süni İntellekt” gözəllik müsabiqəsinin qalibi oldu

Aynur Camal

Donetskdə İvanovka qəsəbəsi ələ keçirildi

Aynur Camal

İnsanlar niyə yemək yeməyi sevir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu