“Bir əməliyyatla İran ordusunun 10-dan çox yüksək rütbəli zabiti məhv edilir. Yayılan kadrlar və olan məlumatlar onu göstərir ki, hədəflər yalnız hava zərbələri ilə vurulub. İsraillə-İran arasında bir başa quru və hava sərhəddi yoxdur. İsraildən buraxılan istənilən raket ən azı İrana çatana qədər 2 ölkənin hava məkanından keçir. Raketlər ortalama 1700-1800 km məsafəni qət edərək İran hava məkanına daxil olur. Görünən odur ki, İran HHQ-i hədəfləri vaxtında aşkar etmək və ən azı onların bir sırasını neytrallaşdırmaq imkanına malik deyillər. Əgər bir neçə saatlıq əməliyyatdan sonra ordu ciddi komandan itkisi verirsə o zaman əməliyyat müddətinin uzanmasının hansı fəlakətə yol açacağını təsəvvür etmək elədə çətin deyil”.
Bugun.tv xəbər verir ki, bu barədə şərhi politoloq, jurnalist Aqil Məmmədov Facebook hesabında deyib.
Jurnalist şərhində eyni zamanda qeyd edib ki, “bu əməliyyatdan sonra SEPAH və ordunun etibarı ciddi şəkildə zədələndi və bundan sonra daxildə prezident Pezeşkian və onun diplomatik komandasının mövqeləri güclənəcək. 15 iyunda keçiriləcək danışıqlarda artıq diplomatik heyyət güzəştlərə getmək və yaranmış situasiyadan İran üçün ən məqbul qərarın qəbul edilməsinə nail olmaq üçün SEPAH və dini kəsimin təsirlərindən azad olacaq”.