İsrailin Qəzzada mülki hücumlarına göz yuman ABŞ, Təl-Əvivlə mühüm görüş keçirib.
ABŞ dövlət katibi Antoni Blinken İsrailli məhbusların azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün Tel-Əvivdəki otelinin qarşısına toplaşan etirazçılarla görüşüb.
ABŞ Dövlət Katibi Antoni Blinken İsrailin bəzi ifrat sağçı nazirlərinin danışıqlar yolu ilə əsir mübadiləsi razılaşmasına qarşı olduqlarını bildirməsinə baxmayaraq, tərəflər arasında razılığın əldə edilməməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını vurğulayıb.
O “masada güclü təklif var” deyərək israilli məhbusların azad edilməsini istəyən etirazçılara ümid verib.
Blinken, “Sevdiklərinizi evə gətirmək, etməyə çalışdığımız hər şeyin mərkəzində dayanır və kişi, qadın, əsgər, mülki, gənc və yaşlı hamı evə dönənə qədər dincəlməyəcəyik. Çox güclü bir təklif var. HƏMAS sizin yaxınlarınıza bəli deməlidir.” “Biz buna nail olana qədər dayanmayacağıq! Buna nail olmalıyıq!”.
Mənbə: TGRT
