14 C
Baku
22 Noyabr 2024, 5:04
Baş xəbərSosial

İşsizlik sığortası kimlərə şamil olunur? – EKSPERT AÇIQLAMASI

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən, sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi,  habelə, əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində əmək münasibətlərinə xitam verilməsi işsiz kimi qeydiyyata alınmış şəxslərə aiddi. Sığorta ödənişi almaq hüququ əldə edən şəxslər ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata düşməlidir.

Bugun.tv-yə müsahibə verən hüquqşünas Əli Səmədovun sözlərinə görə, sığorta ödənişinin verilməsi üçün  işçilərlə işə götürənlər arasında nəzərdə tutulan əmək haqqının müəyyən faiz nisbətində hər ay icra hakimiyyəti orqanına haqq ödənilir. Bu halda işçilər müvafiq  icra hakimiyyəti orqanına müraciət edərək işsiz kimi qeydiyyata düşməlidilər. Sığorta ödənişinin verilməsindən imtina olunursa, bu zaman həmin şəxslər yuxarı icra hakimiyyəti orqanına  və yaxud da məhkəməyə inzibati qaydada müraciət edə bilərlər.

Sığorta ödənişi sığorta stajından asılı olmayaraq,  itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

“Sığorta ödənişindən əlavə və minimum sığorta ödənişi anlayışları da var. Əsas sığorta ödənişi işçilərə ilkin müraciət zamanı 6 təqvim ayı müddətinə, təkrar müraciət zamanı isə 3 aya təyin olunur. Yəni buradan göründüyü kimi işsiz şəxslərin sığorta ödənişini 2 dəfə almaq hüququları vardır. Minimum sığorta ödənişi isə qanuna uyğun olaraq, minimum əmək haqqı məbləği ilə müəyyənləşdirilir”.

Dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” qanunla, digər hüquqi şəxslərdə çalışanlar isə Əmək Məcəlləsinin 70-ci maddəsinin a və b bəndlərinə uyğun, işdən azad edildikdə və azı 1 il sığorta stajına malik olduqda məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınıb, sığorta ödənişi almaq hüququna malikdirlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Roma papası Zelenskiyə məktub yazdı

Nigar Məmmədova

“Moskva ilə koordinasiyanı gücləndirmək niyyətindəyik”

Aynur Camal

Traktorun altına düşən 2,5 yaşlı uşaq öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu