30.7 C
Baku
11 Avqust 2026, 15:54
Baş xəbərDünya

İstanbul Nyu Yorku ötüb nəqliyyat sıxlığına görə birinci oldu

INRIX-in 2024-cü il hesabatına görə, İstanbul dünyanın ən sıx trafikə malik şəhəri olub.

İstanbulda nəqliyyat problemi pik həddə çatıb…

Hər il dünyada trafik sıxlığının ən yüksək olduğu şəhərləri sıralayan ABŞ-ın proqram təminatı şirkəti Inrix-in məlumatlarına görə; İstanbulda bir sürücü 2024-cü ildə 105 saat trafikdə olub.

Bu məlumat İstanbulu dünyada nəqliyyat sıxlığının ən çox olduğu şəhərlər siyahısında birinci yerə çıxarıb.

İSTANBUL BİRİNCİ YERDƏDİR

Kent 2023-cü ildə 91 saatla siyahıda altıncı olub. 2024-cü ildə bu nisbət əvvəlki ilə nisbətən yüzdə 15 artıb.

Araşdırma çərçivəsində 37 ölkədən 900-dən çox şəhərin məlumatları izlənilib.

Məlumatlar pik trafik saatlarında sərf olunan vaxt nəzərə alınmaqla hesablanıb.

Keçən il birinci olan Nyu-York bu il 102 saat trafikdə keçirərək ikinci yeri Çikaqo ilə bölüşdü.

2023-cü ildə beşinci yerdə olan Çikaqoda nəqliyyatda sərf olunan saatlar 96-dan 102-yə yüksəlib. Sürücülərin tıxacda 101 saat itirdiyi London siyahıda dördüncü olub.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Həkim: Quru meyvələrin faydası və zərəri nədən ibarətdir?

Aynur Camal

Rusiya: Kiyev və Zaporojyedə hərbi sənaye müəssisəsi və logistika mərkəzlərini vurduq

Aynur Camal

Çin biznes üçün “BRICS+ platforması” işə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu