15 C
Baku
24 Oktyabr 2025, 4:17
Digər

İstanbul razılaşmalarına əsasən Ukrayna hərbçilərinin meyitləri geri qaytarıldı

Bugun.tv Ukraynanın Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının teleqram kanalına istinadla xəbər verir ki, repatriasiya edilən meyitlər arasında Donetsk, Zaporojye, Luqansk və Kursk istiqamətlərində döyüşən müdafiəçilərin, habelə əsirlikdə həlak olmuş 5 Ukrayna hərbçisinin meyiti var. Bunlar İstanbulda keçirilən danışıqların ikinci raundunda əldə olunmuş razılaşmalara əsasən, mübadilə üçün “ağır yaralı və ağır xəstə” məhbuslar siyahısında yer alıb.

“Rusiya tərəfi vaxtı uzatmaqda davam edir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ukrayna bütün ağır xəstə və ağır yaralı məhbusların dərhal azad edilməsində israrlıdır və bütün Ukrayna vətəndaşlarının geri qaytarılması üçün mübarizə aparır”, – deyə Koordinasiya Qərargahı qeyd edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

BSU-da mediatur keçirilib-FOTOLAR

Nigar Məmmədova

Xəzinə zibil torbalarından çıxır! Hətta qızıl atanlar var və bunun sayəsində 1 milyondan çox pul qazanıblar

Aynur Camal

Sos! Satışda zərərli kərə yağları var!

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu