21 C
Baku
13 İyun 2025, 5:43
Baş xəbərDünya

İstanbul yenidən sülhün ünvanına çevrildi

Türkiyə yenidən Ukraynada sülh danışıqlarına ev sahibliyi edəcək. Ukrayna müharibəsinin əvvəlində qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətini dayandıran Rusiya və ABŞ nümayəndə heyətləri bu məsələni müzakirə etmək üçün sabah İstanbulda görüşəcək.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qətərə səfər edən Lavrov Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb.

Görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətə toxunan Lavrov, “Suriyada administrasiya dəyişikliyi nəticəsində yaranan proses nəzarətdən çıxmamalı və daxili qarşıdurmalara səbəb olmamalıdır. Belə bir risk var” deyib.

Suriyanın bəzi bölgələrində hələ də müxtəlif qruplar arasında qarşıdurmaların olduğunu və bəzi bölgələrin mərkəzi hakimiyyətdən ayrılmağı hədəflədiyini bildirən Lavrov, “Bu, təkcə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə separatizmi qəbul etmiş kürdlərə deyil, digər etnik dini qruplara da aiddir. Onlar mövcud vəziyyətdən muxtariyyət əldə etmək üçün istifadə etməyi hədəfləyirlər” qiymətləndirməsini etdi.

Lavrov xatırladıb ki, Dəməşq rəhbərliyi bu cür problemlərin aradan qaldırılması üçün Suriya Milli Dialoq Konfransını təşkil edib.

ABŞ və Avropa ölkələrinin Suriyaya qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Lavrov, bu birtərəfli sanksiyalara qarşı olduqlarını və qeyd-şərtsiz onların aradan qaldırılması üçün səylərini davam etdirəcəklərini bildirib.

 “İsrailin hərəkətləri atəşkəs razılaşmasına və BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir”

İsrailin Fələstinə yönəlik hərəkətlərini dəyərləndirən Lavrov, “İsrail ordusu HƏMAS və Livanla razılaşmalarda yer almayan əlavə addımlar atır. Bu razılaşmalar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstin və Livan məsələlərinə dair qərarları bununla ziddiyyət təşkil edən faktlar yaradır. Bundan narahatıq” deyib.

BMT TŞ-nin Fələstin dövlətinin qurulması ilə bağlı qərarlarının yerinə yetirilməli olduğunu vurğulayan Lavrov, “Əgər bu qərarları tormozlamağa və Fələstin dövləti qurmaq əvəzinə fələstinliləri yerindən tərpətməyə cəhdlər olarsa, bu, saatlı bomba kimi olacaq” deyib.

Nazir Lavrov bu çərçivədə Qətərlə təmaslarını davam etdirəcəklərini və beynəlxalq platformalardakı imkanlardan istifadə edəcəklərini qeyd edib.

 “Avropa Kiyevi müharibəni davam etdirməyə təşviq edir”

Avropanın Ukrayna böhranına yanaşmasına toxunan Lavrov, “Avropa Ukraynaya hərbi dəstək paketi təqdim edəcəyini açıqlayaraq Kiyev rəhbərliyini müharibəni davam etdirməyə təşviq edir” deyib.

Sergey Lavrov Avropanın Ukraynaya sülhməramlılar yerləşdirməsi ehtimalına gəlincə, “Biz heç bir variant nəzərdən keçirmirik. Bu barədə heç kim bizə sual vermir” deyib.

Ukrayna böhranının həlli üçün köklü səbəblərin aradan qaldırılması lazım olduğunu və ABŞ prezidenti Donald Trampın da bu anlayışa sahib olduğunu ifadə edən Lavrov, “Ukraynanın yenidən silahlanmasına imkan verəcək razılaşmalar edilə bilməz” dedi.

 “ABŞ ilə sistemli problemləri həll edəcəyik”

Rusiyanın dondurulmuş aktivləri ilə bağlı məsələlərin ABŞ ilə məsləhətləşmələrdə müzakirə edilmədiyini deyən Lavrov bunun ikitərəfli münasibətlərin yaxşılaşdırılması prosesinin bir hissəsi olduğunu vurğulayıb.

Nazir Lavrov, “Diplomatlarımız əvvəlki administrasiya dövründə yığılan sistemli problemləri həll edəcəklər. Bu problemlər səfirliklərin işləməsinə mane olan məsələlərlə bağlıdır. Sabah İstanbulda belə bir görüş keçiriləcək” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avropalıların 70 faizdən çoxu artıq İsrailə səfər etmək istəmir

Aynur Camal

7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olundu

Kəmalə Sultan

Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu