16 C
Baku
28 Oktyabr 2025, 1:13
Dünya

İstanbulda iki İŞİD üzvü saxlanıldı

Türkiyənin İstanbul şəhər Baş Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində bir nəfər Tacikistan və bir nəfər Özbəkistan vətəndaşı saxlanılıb.

Onların hər ikisinin İŞİD terror təşkilatı ilə əlaqələri olduğu müəyyən edilib.

Belə ki, şübhəlilər dekabrın 31-i Yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə hazırlaşıblar.

Onların saxlanılması zamanı polis atəş açmaq məcburiyyətində də qalıb.

Təhlükəsizlik qrupları tərəfindən yaxalanan şübhəlilərin ifadəsi alınmaq üçün İstanbul Terrorla Mübarizə Şöbəsinə gətirilib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Əhalinin artımının yavaşlaması gözlənilir

Aynur Camal

Bu il ABŞ-a ən çox tələbə göndərən ölkə Hindistan oldu

Aynur Camal

Almaniyada İkinci Dünya Müharibəsi bomba qorxusu: 10.000 insan təxliyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu