Baş xəbərDigər

İstanbulun yenidən qurulması layihəsinə start verildi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.

Bugun.tv xəbər verir ki, ilkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.

İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur hissi keçirdiklərini qeyd edən Ərdoğan deyib: “Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza istanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.

Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu