26 C
Baku
11 Sentyabr 2025, 17:40
Baş xəbərSiyasət

İstedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısı işindən azad edildi

“Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurət və qisas hissi ilə idarə olunur” – deyə əməkdar jurnalist, siyasi ekspert Quliyev Məhərrəmli öz sosial media hesabında paylaşım edib.

Ekspert qeyd edib ki, Azərbaycan sevdalısı M.Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, “Hakimiyyət formulu” verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı M.Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.

Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlikdir”.

Aynur Camal

Oxşar xəbərlər

Fələstin xarici işlər naziri Aİ həmkarları ilə Qəzzada atəşkəs səylərini müzakirə etdi

Bugün TV

Pentaqon Kiyevə sursat göndərməyə hazır olmadığını bildirdi

Elnarə Dərziyeva

Liftdə qalan qadın həyatını itirdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu