24 C
Baku
8 Sentyabr 2025, 8:37
Digər

İsti içkilər xərçəng yarada bilər?

Bugun.tv “MedicalXpress” portalına istinadla xəbər verir ki, son illərdə Böyük Britaniyada yarım milyondan çox insan üzərində aparılan araşdırma da bu əlaqəni təsdiqləyib. Nəticələrə görə, gündə səkkiz və ya daha çox stəkan isti çay və ya qəhvə içən insanların qida borusu xərçənginə tutulma riski altı dəfə artır. Çox isti mayelər yemək borusunun selikli qişasını zədələyə bilər. Zamanla bunun xroniki zədə xərçənginin inkişafına səbəb olması mümkündür. Heyvanlar üzərində aparılan təcrübələr də göstərib ki, yüksək temperatur (təxminən 70 dərəcə) xərçənglə bağlı dəyişiklikləri sürətləndirir. Başqa bir ehtimala görə isə istilik yemək borusunun müdafiə mexanizmini zəiflədir və mədə turşusu reflüsü nəticəsində əlavə zədələnmə baş verir. Bu da xərçəng riskini artırır. Buna görə də temperatur və içmə vərdişləri çox önəmlidir. Risk yalnız içkinin temperaturundan deyil, həm də onun necə içildiyindən asılıdır. Böyük qurtumlarla çox isti içkilər qəbul edildikdə, qida borusundakı temperatur sürətlə artır və hüceyrələr daha çox zədələnir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Avropaya səyahət edən britaniyalılar üçün sərt qaydalar qüvvəyə minir

İntizar Əmirova

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verildi

Kəmalə Sultan

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutuldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu