15 C
Baku
24 Oktyabr 2025, 4:23
Baş xəbərDünya

İstilik sizi yatmağa qoymayacaq

  İqlim dəyişikliyinə görə rekord temperatur dəyərləri yuxusuzluq problemini yaradır.

Dünya üzrə artan gecə istilərinin ciddi xəstəliklərə səbəb olacağına dair xəbərdarlıqlar edilməkdədir.

Qlobal iqlim araşdırması şirkəti olan “Climate Central”ın son təhlilinə əsasən, iqlim dəyişikliyi bütün dünyada təhlükəli isti gecələrin sayını xeyli artırıb. Mütəxəssislər, iqlimin səbəb olduğu bu gecə temperatur artımının yuxu və sağlamlığa ciddi təsir göstərdiyini, temperaturun artmasının ictimai sağlamlıq böhranına səbəb ola biləcəyini bildirirlər.

Aralıq dənizi qurşağında yerləşən Türkiyə İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri sayılır.

Gecə temperaturunun artması mütəxəssisləri də narahat edir. Onların sözlərinə görə, bu vəziyyət həssas insanlar üçün ölümcül nəticələrə səbəb olma riskini daşıyır.

Mütəxəssislər sağlam və keyfiyyətli yuxu üçün otaq temperaturunun 18,3-20 dərəcə arasında olmasıNI TÖVSİYƏ edib

Əsasən gecə yüksək temperaturun insan orqanizminə zərərli təsiri də daxildir. Bildirilir ki, gecə yüksək temperatur insanların gündüz istisindən qaçmasına mane olur və nizamsız yuxuya səbəb olur. Qısa və keyfiyyətsiz yuxu ömrü qısaldır. Araşdırma, bunun ürək-damar xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklər riskini artırdığını və tullantılarda ciddi bir azalma edilmədikdə, iqlimin səbəb olduğu isti və yuxusuz gecələrin sağlamlıq sistemlərinə daha çox təzyiq göstərəcəyini vurğulayır.

Qardaş ölkənin hesablamalarına görə, “ötən il qlobal miqyasda son 175 ilin ən isti dövrü sayılıb. Bu il isə yeni temperatur rekordları gözlənilir. Çünki, İqlim dəyişikliyi səbəbiylə isti dalğalarının tezliyi artır” deyə qeyd olunub.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Putinin gizli müharibəsi ifşa olundu: İngiltərənin dərinliklərində

Aynur Camal

Sudanda 180-dən çox ölən, 1800-dən artıq yaralanan olub

Teymur Əziz

Vətən müharibəsi qazisinə xəsarət yetirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu