10 C
Baku
16 Mart 2026, 13:38
Baş xəbərDünya

İstintaq davam edir: “Aclıq kultun”da cəsədlərin sayı 145-ə çatdı

Bugun.tv xəbər verir ki, Keniyada ardıcıllarını ölüm orucuna aparan “aclıq kultu” araşdırmasında, kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb.

Sahil bölgəsi komissarı Rhoda Onyancha, dini lider Paul Mackenzie-nin terrorizmdə günahlandırıldığı istintaqda yeni cəsədlərin tapıldığını açıqlayıb.

Təriqətin yerləşdiyi Malindi şəhərində hələ də 500-dən çox insanın itkin düşdüyü təxmin edilir.

Digər tərəfdən Keniya mətbuatında tez-tez orqan ticarəti şübhəsinin gündəmə gəlməsinin ardından edilən araşdırmalarda bəzi şəxslərin orqanlarının çıxarıldığı aydın olub.

Yarılmalarda bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.

Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.

Beynəlxalq Xoş Xəbər Kilsəsinin Pastoru Paul Mackenzie Nthenge, kilsəsinin xalqına bildirilib ki, o, onlara İsa ilə görüşməyə söz verib.

Nthenge-nin həbsindən sonra başqa cinayətlərdə əli olduğu iddia edilən Yeni Həyat Namaz Mərkəzi və Kilsə Pastoru Ezekiel Odero da saxlanılıb və “aclıq kultu” ilə bağlı istintaq komissiyası yaradılıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

BƏƏ: İranın atdığı raket və PUA-ın qarşısı alındı

Aynur Camal

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu