Bugun.tv xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti istirahət günlərində (aprelin 15-16-da) milli parklarda gözlənilən hava şəraiti haqqında məlumat yayıb.
Belə ki, Samur–Yalama milli parkında, hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 15-də axşam, 16-da arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °, gündüz 15-18° isti olacaq.
Altıağac milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-də gecəyə doğru, 16-da arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 15-17° isti olacaq.
Ağgöl milli parkında isə, hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13°, gündüz 20-23° isti olacaq.
Qızılağac milli parkında hava əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Lakin 16-da gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11°, gündüz 19-21° isti olacaq.
Göygöl milli parkını əsasən yağmursuz hava gözləyir. Lakin 16-da gündüz arabir yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 11-14° isti olacaq.
Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11°, gündüz 22-24° isti olacaq.
Əsasən yağmursuz, mülayim hava isə Hirkan milli parkında gözlənilir. Lakin 16-da gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11°, gündüz 19-21° isti olacaq.
