32 C
Baku
19 İyul 2025, 15:05
Baş xəbərDünya

İsveç antiterror qanunvericiliyində düzəlişlər etdi

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Yens Stoltenberq İsveçin Şimali Atlantika Alyansına daxil olmaq üçün Türkiyənin şərtlərini yerinə yetirdiyini söyləyib.

Həmçinin Stoltenberq Ərdoğanla iyunun 12-də Türkiyə, İsveç və NATO-nun iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılığa gəldiyini də qeyd edib.

Bundan əvvəl Ərdoğan və Stoltenberq arasında danışıqların təxminən saat yarım davam edib. Əsas mövzusu İsveçin NATO-ya qəbulu olub.

TASS Ankaradakı mənbəyə istinadən xəbər verib ki, Türkiyə hökuməti alyansın Vilnüsdə 2023-cü ilin iyulunda keçiriləcək sammitinə bir ay qalmış İsveçin NATO-ya üzv olmaq məsələsinə baxa bilər.

Agentliyin məlumatına görə, Türkiyənin əsas tələbi yerinə yetirilib – İsveç hökuməti artıq antiterror qanunvericiliyindəki düzəlişləri qəbul edib.

Mənbə: qazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Əfqanıstanda terror aktı baş verdi, ölənlər var

Nigar Məmmədova

Təyyarənin eniş qurğusunda meyit tapıldı

Kəmalə Sultan

Deputat Elnarə Akimova səs verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu