3 C
Baku
15 Dekabr 2025, 0:25
Baş xəbər

İsveç dəniz külək stansiyalarını qızılbalıq yetişdirilməsi ilə birləşdirməyi planlaşdırır

Dənizdə külək enerjisi və balıq yetişdirilməsini birləşdirən unikal layihə sayəsində İsveç yerli qızılbalıq tələbatını tam ödəyə, həmçinin iki milyon ev təsərrüfatını enerji ilə təmin edə bilər.

Bugun.tv xəbər verir ki, “Freja Offshore” Norveç-İsveç şirkəti Bohuslan sahillərində böyük külək elektrik stansiyası olan “Mareld” layihəsini təqdim edir. Səlahiyyətlilərin müsbət tövsiyəsinə və ildə 12 TWh gözlənilən gücə baxmayaraq, layihə digər külək stansiyaları kimi iqtisadi çətinliklərlə üzləşir.

İnvestorlar, o cümlədən enerji şirkəti “Vattenfall” sərmayə qoymaqda ləng hərəkət edirlər, çünki maliyyə hesablamaları hələ mənfəət vəd etmir.

Problemin həlli yolu balıq, ilk növbədə, qızılbalıq yetişdirilməsini külək stansiyaları ilə inteqrasiya etmək ola bilər. “Offwoff” layihəsinin hesabatına görə, dəniz məkanının bölüşdürülməsi resurslardan daha səmərəli istifadəyə imkan verəcək və həm ətraf mühitə, həm də iqtisadiyyata fayda gətirəcək.

Güman edilir ki, açıq dənizin soyuq, axar sularında qızılbalıq yetişdirilməsi xəstəlik riskini azaldacaq və balıqlar üçün şəraiti yaxşılaşdıracaq. Bundan əlavə, ərazidə sənaye balıq ovu olmaması dəniz ekosisteminə müsbət təsir göstərəcək.

Layihə 2 minə qədər iş yeri yarada və İsveçin qızılbalığa olan daxili tələbatını tam ödəyə bilər. Bununla belə, sığorta, yem təchizatı və koordinasiya məsələləri açıq qalır.

Hələlik hökumət layihə ilə bağlı qərar qəbul etməyib və investorlar energetika siyasətində aydınlıq gözləyirlər.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanıldı – VİDEO

Aynur Camal

Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirildi

Bugün TV

“Oppenheymer” “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl qlobus” aldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu