Bugun.tv xəbər verir ki, “TT” xəbər agentliyinin sifarişi ilə aparılan “Retriever” şirkətinin araşdırmasına əsasən, Trampın adı 2025-ci ilin yanvar-iyul aylarında 125 min dəfədən çox xatırlanıb ki, bu da İsveçin bütün partiya liderlərinin ümumi sayından iki dəfə çoxdur. Müqayisə üçün qeyd edək ki, İsveç siyasətçiləri arasında siyahıya başçılıq edən baş nazir Ulf Kristerssonun adı təxminən 25 min dəfə çəkilib. Ümumilikdə bütün partiya liderlərinin adları cəmi 51 minə yaxın materialda yer alıb. Höteborq Universitetindən media eksperti Maria Qrusselin fikrincə, Trampa diqqət onun həm dünya siyasətindəki əhəmiyyəti, həm də rəngarəng ünsiyyət tərzi ilə izah olunur. Tez-tez sərt açıqlamalar verməsi və sosial şəbəkələrdəki fəaliyyəti onun daim gündəmdə olmasını təmin edir. Ekspert deyir: “O, çox qütbləşən bir şəxsiyyətdir, Trampla hər şey ya qara, ya da ağ rəngdədir.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri