13 C
Baku
26 Mart 2026, 15:33
Baş xəbərDünya

İsveç NATO-ya üzv olur

Bugun.tv xəbər verir ki, İsveç parlamenti ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini qəbul edib.

Parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlük 37 əleyhinə 269 səslə təsdiqlənib.

Lakin İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın razılığı lazımdır.

Hazırda isə 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.

Xarici işlər naziri Tobias Billström parlamentdəki səsverməni “tarixi hadisə” kimi qiymətləndirərək, “İsveç İkinci Dünya Müharibəsindən sonra təhlükəsizlik baxımından ən ciddi vəziyyətdədir. NATO-ya üzvlük İsveçin təhlükəsizliyinin təmin edilməsində və dövlətlərin təhlükəsizliyinin gücləndirilməsinin mühüm bir hissəsidir. Bütün Avropa, Atlantik bölgəsi həmrəylik içindədir. Bu, töhfə vermənin ən yaxşı yoludur” deyib.

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında 1900-ə yaxın gəmi ilişib qalıb

Aynur Camal

WSJ: ABŞ İranla razılaşma çərçivəsində neftə çıxış əldə etmək istəyir

Aynur Camal

Fransalı siyasətçi: Ukraynaya ayrılan vəsaitlər terror fəaliyyətlərinə yönəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu