6 C
Baku
24 Fevral 2026, 3:05
Baş xəbərDünya

İsveç polisi Quran kitabının yandırılmasına icazə verdi! – TƏXRİBAT

Bugun.tv xəbər verir ki, İsveç polisi paytaxt Stokholmda, məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.İsveç polisi Qurban bayramı günü Stokholmda məscidin qarşısında Quran yandırmağı planlaşdıran etiraz aksiyasına icazə verdiyini bildirib.

İsveç mətbuatı sözügedən təxribatçı hərəkətin yerli vaxtla saat 13:30-da baş verəcəyini və təhlükəsizlik qüvvələrinin şəhər xaricindən əlavə qüvvələr tələb etdiyini yazıb.

Danimarkada yerləşən və İsveçdə ifrat sağçı baxışları ilə tanınan irqçi Sərt İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan da analoji təxribat törədib.Paludanın qalmaqallı hərəkətindən sonra rəsmi Tvitter hesabında açıqlama yayan İsveç baş naziri Ulf Kristersson açıqlama verib. “İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil”, – söyləyib.

Mənbə:TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Nüvə danışıqları Yenidən Cenevrədə davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu