24 C
Baku
10 Sentyabr 2025, 4:47
Baş xəbərDünya

İsveç Türkiyədən müdafiə sənayesi məhsulları idxalına icazə verdi

İsveç müdafiə sənayesi məhsullarının tədarükü üçün Türkiyə kompaniyalarına icazələr verməyə başlayıb.

Bugun.tv “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bu barədə parlamentdə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsi zamanı bildirib.

“İsveç müdafiə sənayesi məhsulları sahəsində Türkiyəyə qarşı tətbiq olunan embarqonu ləğv edib. Ankara Stokholmun NATO-ya üzvlüklə bağlı ərizəsinin təsdiqlənməsi prosesinə başladıqdan sonra türk kompaniyalarının müraciətlərinə müsbət cavab verilib”, – deyə Akçapar bildirib.

Xatırladaq ki, İsveç 2019-cu ildə Türkiyədən müdafiə sənayesi məhsullarının tədarükünə qadağa qoyub. 2022-ci ilin sentyabrında İsveçin üzvlük müraciətinə baxılması ilə embarqo aradan qaldırılıb.

Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası dekabrın 26-da İsveçin NATO-ya qəbuluna dair ratifikasiya protokolunu təsdiqləyib. Sənəd bundan sonra parlamentin ümumi iclasında səsverməyə çıxarılacaq.

Hazırda bütün alyans üzvlərindən yalnız Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiq etməyib.

Aynur Camal

Oxşar xəbərlər

Həkim yaxşı zeytun yağının necə seçiləcəyini izah etdi

Aynur Camal

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülür

İntizar Əmirova

Çanaqqalada 140 qeyri-qanuni mühacir gəmidən çıxarıldı

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu