İyulun 5-də İsveç və Finlandiya alyansa rəsmi şəkildə qoşulmaq üçün NATO-ya üzvlük Protokolunu imzalayacaqlar. Bugün.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Bundan sonra hər iki ölkənin NATO-nun bir hissəsi olmasına və alyansın kollektiv müdafiə bəndindən faydalanmasına icazə vermək üçün qoşulma protokolu bütün 30 müttəfiq parlament tərəfindən ratifikasiya edilməlidir.
İyunun 28-də Madriddə keçirilən dördtərəfli danışıqlardan sonra Türkiyə, Finlandiya və İsveç Şimali Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı memorandum imzalayıblar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson məsələni və Ankaranın bununla bağlı narahatlığını müzakirə etmək üçün bir araya gəlib.
Memorandumu üç ölkənin xarici işlər nazirləri – Türkiyə tərəfdən Mövlud Çavuşoğlu, Finlandiyadan Pekka Haavisto və İsveçdən Ann Linde hər üç milli liderin və Stoltenberqin iştirakı ilə imzalayıb.
O əlavə edib ki, imzalanan memorandum Türkiyənin silah ixracı və terrorla mübarizə ilə bağlı narahatlığını nəzərə alır.