22 C
Baku
9 Sentyabr 2025, 1:45
Digər

İsveçdə avtomobillərdə yüksək səslə musiqiyə görə yüzlərlə cərimə tətbiq edildi

Bugun.tv xəbər verir ki, pozuntuların sayına görə mütləq lider Berqslagen bölgəsidir – ölkədə bütün halların yarısı məhz orada qeydə alınıb. 2021-ci ildən İsveçdə ətrafdakıları narahat edən yüksək səsli musiqi də daxil olmaqla, “ədəbsiz davranış”a görə cərimələrin tətbiqinə icazə verən qanun mövcuddur. Cərimə min kron (104 ABŞ dolları) təşkil edir, lakin polis bunu çox aşağı hesab edir: qanunu pozan bir çox insan məbləği öz aralarında bölür. Polisin sözlərinə görə, avtomobillərdə gəzərək yüksək səslə musiqi qulaq asmaq ənənəsi yerli mədəniyyətin bir hissəsinə çevrilib. Bu, xüsusilə yüzlərlə yüksək səs pərəstişkarını cəlb edən avtomobil tədbirləri və gəzintilər zamanı daha çox nəzərə çarpır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Fransada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxanların sayı artdı

İntizar Əmirova

Polkovnik Leytenant Yaşar Sadıqovun anım günü qeyd edildi

Bugün TV

Putin və Trampın görüşü bir saatdan çoxdur davam edir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu