31 C
Baku
21 İyul 2025, 12:35
DünyaHadisə

İsveçdə quldur dəstələri arasında 15 gündə 13 nəfər ölüb

Bugun.tv xəbər verir ki, İsveçdə bu il 44, son 15 gündə isə 13 nəfər dəstələr arasında baş verən zorakılıqlar nəticəsində həyatını itirib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, əhalisinə görə Avropada son 5 ildə ən çox silahlı hücum və qətl törədən ölkə olaraq ilk sırada olan İsveçdə bu il 44 qətl hadisəsi baş verib.

Zorakılığın artmasından sonra televiziyada xalqa müraciət edən İsveçin baş naziri Ulf Kristersson hökumət, polis və ordunun dəstə cinayətlərinə qarşı birgə mübarizə aparacağını bildirib.

Dəstələrlə mübarizə aparmaq üçün lazımi qaynaqlardan istifadə edəcəklərini ifadə edən Kristersson, bazar günündən etibarən polisin dəstə üzvü olduğundan şübhələnilən şəxslərin telefonlarını icazəsiz dinləməsinə icazə verən qanunun qüvvəyə minəcəyini deyib.

Teymur Əziz

Oxşar xəbərlər

Qarajda partlayış: Ölən və yaralananlar var

Kəmalə Sultan

23 şəhər də səsvermə başa çatdı

Aynur Camal

Onlarla ilan qorxulu anlar yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu