23 C
Baku
28 İyul 2025, 9:09
Baş xəbər

İsveçdə silahlı hücum oldu: 2 ölü, 2 yaralı var

Bugun.tv xəbər verir ki, İsveçin Sandviken qəsəbəsində bir restorana silahlı basqın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Stokholmdan 190 kilometr şimalda yerləşən Sandviken qəsəbəsində baş verən hücumda ölənlərdən birinin 70 yaşlarında, yaralananların isə restoranın müştəriləri olduğu bildirilib.

Polis sözçüsü açıqlamasında, 20 yaşlarında ölən şəxsin əsas hədəf olduğuna inandıqlarını bildirib. “Digər 3 nəfərin də təsadüfən orada olduğunu düşünürük”, – deyib.

Sözçü hücumçunun cinayətkar dəstə ilə əlaqəsinin ola biləcəyini bildirsə də, mövzu ilə bağlı ətraflı açıqlama verməyib. Hücum edən şəxs hələ də tutulmayıb.

Teymur Əziz

Oxşar xəbərlər

Fransada ‘baş nazir’ xaosu: Hələ də hökumət qurulmayıb

Aynur Camal

Yunanıstandan ölkəyə daxil olmağa çalışan 3 nəfər tutuldu

İntizar Əmirova

“ECO-nun 17-ci Zirvə görüşü beynəlxalq müstəvidə yüksək etimadın göstəricisidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu