25 C
Baku
8 Sentyabr 2025, 9:06
Digər

İsveçdə avtomobillərdə yüksək səslə musiqiyə görə yüzlərlə cərimə tətbiq edildi

Bugun.tv xəbər verir ki, pozuntuların sayına görə mütləq lider Berqslagen bölgəsidir – ölkədə bütün halların yarısı məhz orada qeydə alınıb. 2021-ci ildən İsveçdə ətrafdakıları narahat edən yüksək səsli musiqi də daxil olmaqla, “ədəbsiz davranış”a görə cərimələrin tətbiqinə icazə verən qanun mövcuddur. Cərimə min kron (104 ABŞ dolları) təşkil edir, lakin polis bunu çox aşağı hesab edir: qanunu pozan bir çox insan məbləği öz aralarında bölür. Polisin sözlərinə görə, avtomobillərdə gəzərək yüksək səslə musiqi qulaq asmaq ənənəsi yerli mədəniyyətin bir hissəsinə çevrilib. Bu, xüsusilə yüzlərlə yüksək səs pərəstişkarını cəlb edən avtomobil tədbirləri və gəzintilər zamanı daha çox nəzərə çarpır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ prezidenti Bayden: İsrail bizim narahatlığımızı nəzərə alır

Aynur Camal

Yeni şokolad növü ixtira edilib VİDEO

Aynur Camal

Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu