Baş xəbərHadisə

Baş Prokurorluq Quranı yandıran şəxs haqqında həbs qərarı verdi

polis

Bugun.tv xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

Baş Prokurorluq xalqı açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək və ictimaiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək cinayətləri ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, indiyə kimi eyni əməllərə görə, İsveç, Danimarka və Hollandiyada Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen həbs ediliblər.

Baş Prokurorluq həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, eləcə də sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu