28 C
Baku
10 Sentyabr 2025, 20:30
Baş xəbərDünya

İsveçdə şaxta səbəbindən 3 minə yaxın ev işıqsız qaldı

İsveçin şimalındakı Elvsbyn bələdiyyəsində şiddətli şaxtalar səbəbindən 3 minə yaxın ev işıqsız qalıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Höteborqs-Posten” qəzeti məlumat yayıb.

“Cümə axşamı soyuq həqiqətən Elvsbyn bələdiyyəsinə ziyan vurdu. 3 minə yaxın ev işıqsız qalıb”, – nəşr yazır.

Qeyd olunub ki, Elvsbyndə cümə axşamı səhər temperatur -38 dərəcəni göstərib. Bununla əlaqədar olaraq ərazidə məktəbəqədər uşaq müəssisələri bağlanıb, qocalar evlərində ehtiyat generatorlar işə salınıb. Telekommunikasiya şirkəti “Telia”nın da şəbəkəsi soyuq hava səbəbinə görə sıradan çıxıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

“Azərbaycan güclüdür, onun möhkəm təməlləri, sarsılmaz ideoloji dayaqları və milli birliyi var”

Aynur Camal

Daşqınlar azı 120 nəfərin həyatına son qoyub

Aynur Camal

Saxlanılan avtomobildə 1,5 ton sənədsiz tütün aşkar edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu