19 C
Baku
8 Sentyabr 2024, 3:58
Baş xəbərDünya

İsveçin mədəniyyət müəssisələri çətin maliyyə vəziyyəti ilə qarşılaşdı

Pandemiyadan sonra İsveçin bir çox mədəniyyət müəssisələri çətin maliyyə vəziyyəti ilə qarşılaşıb və 2024-cü ilə məhdud büdcə ilə qədəm qoymaq məcburiyyətində qalıblar.

Bugun.tv xəbər verir ki, praktiki olaraq bütün müəssisələrdə kirayə ödənişinin artması ilə əlaqədar istismar xərclərində və təmir aparılması lazım olan bəzi hallarda əhəmiyyətli şəkildə qənaət etməli olacaqlar.

“Dagens Nyheter” qəzeti tərəfindən aparılan sorğunun respondentləri bildirirlər ki, onlar personalın sayını azaltmalı ola bilərlər.

“Gələn il 10-a yaxın vəzifə, o cümlədən təqaüdə çıxma və müddəti artırılmayan müvəqqəti məşğulluq hesabına azaldılacaq. Sürətlə dəyişən iqtisadi vəziyyətlə ayaqlaşmaq üçün biz yenidən təşkil olunmalıyıq”, – deyə “Dramaten” teatrının meneceri Mattias Andersson bildirib.

Büdcənin azaldılması gələn il teatr quruluşlarının sayının da azalmasına gətirib çıxaracaq.

Bir neçə müxtəlif muzeyə rəhbərlik edən Dövlət Gəmiçilik və Nəqliyyat Tarixi Muzeyi idarəsi (SMTM) həm dövlət qrantları, həm də biletlərin satışından əldə olunan gəlir hesabına maliyyələşir.

“Pandemiya bizə çox güclü zərbə vurub, biz o vaxt işçi heyətinin sayını 20 faiz azaltmalı olduq və hələ də bərpa mərhələsindəyik”, – deyə SMTM-nin rəhbəri Lars Amreus qeyd edib.

Bir neçə müəssisə qrantların inflyasiyaya müvafiq olaraq cəmləşmədiyini, bununla da onların fəaliyyətini çətinləşdirdiyi kimi problemə toxunublar.

“Biz 267 min dollar az almışıq. Bu, həm milli, həm də beynəlxalq səviyyədə yüksəkkeyfiyyətli ifaçılıq sənəti nümayiş etdirən “Dramaten” teatrı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Zəngin və çoxşaxəli mədəni həyat demokratik cəmiyyətin əsas şərtlərindən biridir. Heç bir hesablama olmadan bu cür sərt qənaət teatr sənətini təhlükəyə məruz qoya bilər”, – deyə Mattias Andersson vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Bakıda palçıq vulkanı püskürüb

Bugün TV

Oğurlanan məşhur tablo satışa çıxarıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu