19 C
Baku
8 Sentyabr 2024, 4:02
Baş xəbərDünya

“İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyə ilə danışıqlar aparırıq”

Bugun.tv xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto, İsveçin NATO-ya üzvlük prosesinin hər addımında Türkiyə ilə “qarşılıqlı məlumat” mövzusunda razılaşdıqlarını açıqlayıb.

Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto İsveçin NATO-ya üzvlük prosesi, Rusiya-Ukrayna müharibəsi və Türkiyə ilə əlaqələri ilə bağlı qiymətləndirmələr edib.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni həmkarı Hakan Fidan ilə görüşdüyünü ifadə edən Szijjarto, “Türkiyə ilə gələcəkdə atacağımız addımlar barədə qarşılıqlı məlumatlandırmaq üçün razılaşdıq” deyə qeyd edib.

Szijjarto bəyan edib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur.

Daim İsveçli siyasətçilərin tənqid, ittiham və iddialarına məruz qaldıqlarını qeyd edən Szijjarto, İsveçin Macarıstana qarşı “demokratiyaya malik olmadığı və diktatura olacağı” ilə bağlı ittihamlar səsləndirdiyini xatırladıb.

Peter Szijjarto bildirib ki, bu cür tənqid İsveçin NATO-ya üzvlüyünü bəyənməməsi üçün əsaslı səbəbdir.

İsveçi Macarıstanın daxili işlərinə qarışmaqda günahlandıran Szijjarto, “Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq” deyib.

Həmçinin Türkiyə və Macarıstanın beynəlxalq siyasi arenada hər zaman bir-birlərinə çox yardımçı olduqlarını vurğulayan Szijjarto, “Qarşı tərəfin irəli sürdüyü qərarlara və həll yollarına hər zaman hörmətlə yanaşdıq” deyib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Gəminin batması nəticəsində 6 nəfər öldü

Bugün TV

General-polkovnik cənab V.Eyvazov bəzi şəhər və rayonlara səfər edəcək

Aynur Camal

Hamiləlik dövründə qadınlar nə etməli

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu