7 C
Baku
23 Fevral 2026, 17:48
Digər

İsveçin sabiq milli təhlükəsizlik müşaviri məhkəmə qarşısına çıxarıldı

Bugun.tv xəbər verir ki, ona qarşı konfrans mərkəzindəki otağında nəzarətsiz şəkildə qoyduğu məxfi sənədlərə etinasız yanaşma ilə bağlı ittiham irəli sürülüb. Baş prokuror Per Lindkvist vurğulayıb ki, kimin məhz həmin materiallara çıxışı olduğunu müəyyən etmək mümkün olmayıb ki, bu da dövlət sirrinin mühafizəsi nöqteyi-nəzərindən ciddi problemdir. Onun sözlərinə görə, söhbət olduqca konfidensial məlumatlardan gedir və onların üzə çıxması dövlət təhlükəsizliyinə ziyan vura bilər. H.Landerholm həmin sənədləri unutduğunu etiraf edir, amma onun vəkili Yuhan Eriksson iddia edir ki, onları nəzarətsiz qoymaq heç də dövlət sirrinin açıqlanması anlamına gəlmir. Müdafiə tərəfi, həmçinin məlumatın həqiqətən də ittiham tərəfinin iddia etdiyi kimi milli təhlükəsizlik üçün vacib olduğuna dair sonuncunun fikrini bölüşmür.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu